Bakı. TurkicWorld:
Türkiyənin ticarət naziri Ömər Bolat Azərbaycanı 28 May Müstəqillik Günü münasibətilə təbrik edib.
TurkicWorld xəbər verir ki, Bolat bu barədə X sosial media hesabında paylaşım edib.
"Dost və qardaş Azərbaycanın 28 May Müstəqillik Gününü təbrik edir, müstəqillik uğrunda şəhid olan qardaşlarımızı hörmətlə yad edirəm", - deyə o bildirib.
Qeyd edək ki, bu gün Azərbaycanda 28 May – Müstəqillik Günü qeyd edilir.
1917-ci ildə Rusiyada baş vermiş inqilab nəticəsində Romanovlar sülaləsinə son qoyuldu. Nəticədə Rus İmperiyası dağıldı. Xalqlar öz müqəddəratlarını özləri həll etməli oldular. Bu imkandan istifadə edərək 1918-ci il mayın 28-də Azərbaycanın milli qayəli, milli təfəkkürlü övladları Azərbaycan Xalq Cümhuriyyətini elan etdilər.
Azərbaycan Xalq Cümhuriyyəti təkcə Azərbaycanda deyil, bütün Şərqdə ilk demokratik respublika idi. Bu, respublika parlamentli dövlət idi. Onun dövlət atributları – bayrağı, himni, gerbi qəbul edildi. Üçrəngli bayraqda türkçülük, islamçılıq və avropalaşmaq bir vəhdətdə idi. Ancaq Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşaya bildi. 1920-ci il aprelin 28-də bolşeviklərin 11-ci ordusu Azərbaycanı işğal etdi və respublika süquta uğradı.
Dost ve kardeş ülke Can Azerbaycan’ın 28 Mayıs Bağımsızlık Günü kutluyor, bağımsızlık uğruna şehit düşen kardeşlerimizi rahmet ve minnetle anıyorum.#BirMilletİkiDevlet"https://t.co/VJEpbJzgnf">pic.twitter.com/VJEpbJzgnf
— Prof. Dr. Ömer Bolat (@omerbolatTR) May 28, 2024