Bakı. TurkicWorld:
Azərbaycanın 28 May Müstəqillik Gününü təbrik edir, sevinci sevincimiz, kədəri kədərimiz olan azərbaycanlı qardaşlarımızın ruh yüksəkliyini ürəkdən bölüşürəm.
TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz X sosial media hesabında paylaşımında bildirib.
"Bu münasibətlə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızı hörmətlə yad edirəm. Birliyimiz, həmrəyliyimiz əbədi olsun", - deyə o əlavə edib.
Qeyd edək ki, bu gün Azərbaycanda 28 May – Müstəqillik Günü qeyd edilir.
1917-ci ildə Rusiyada baş vermiş inqilab nəticəsində Romanovlar sülaləsinə son qoyuldu. Nəticədə Rus İmperiyası dağıldı. Xalqlar öz müqəddəratlarını özləri həll etməli oldular. Bu imkandan istifadə edərək 1918-ci il mayın 28-də Azərbaycanın milli qayəli, milli təfəkkürlü övladları Azərbaycan Xalq Cümhuriyyətini elan etdilər.
Azərbaycan Xalq Cümhuriyyəti təkcə Azərbaycanda deyil, bütün Şərqdə ilk demokratik respublika idi. Bu, respublika parlamentli dövlət idi. Onun dövlət atributları – bayrağı, himni, gerbi qəbul edildi. Üçrəngli bayraqda türkçülük, islamçılıq və avropalaşmaq bir vəhdətdə idi. Ancaq Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşaya bildi. 1920-ci il aprelin 28-də bolşeviklərin 11-ci ordusu Azərbaycanı işğal etdi və respublika süquta uğradı.
Can Azerbaycan’ın 28 Mayıs Bağımsızlık Günü'nü tebrik ediyor, sevinci sevincimiz, kederi kederimiz olan Azerbaycanlı kardeşlerimizin coşkusunu gönülden paylaşıyorum.
— Cevdet Yılmaz (@_cevdetyilmaz) May 28, 2024
Bu vesileyle, vatanın bağımsızlığı ve toprak bütünlüğü uğruna şehit olan kahramanları rahmetle anıyorum.… pic.twitter.com/zqZs7o9VBr







