Son dəqiqə

Azərbaycan Türkiyə Milli Müdafiə Nazirliyi 28 May- Müstəqillik Günü

Türkiyə MN 28 May münasibətilə Azərbaycanı təbrik edib

Bakı. TurkicWorld:

Türkiyə Milli Müdafiə Nazirliyi 28 May Müstəqillik Günü münasibətilə Azərbaycanı təbrik edib.

TurkicWorld xəbər verir ki, nazirlik bu barədə X sosial media hesabında paylaşım edib.

"Azərbaycanlı qardaşlarımızın 28 May Müstəqillik Bayramını təbrik edirik. Biz bundan sonra da “Bir millət, iki dövlət” anlayışı ilə birliyimizi davam etdirəcəyik", - deyə paylaşımda bildirilib.

Qeyd edək ki, bu gün Azərbaycanda 28 May – Müstəqillik Günü qeyd edilir.

1917-ci ildə Rusiyada baş vermiş inqilab nəticəsində Romanovlar sülaləsinə son qoyuldu. Nəticədə Rus İmperiyası dağıldı. Xalqlar öz müqəddəratlarını özləri həll etməli oldular. Bu imkandan istifadə edərək 1918-ci il mayın 28-də Azərbaycanın milli qayəli, milli təfəkkürlü övladları Azərbaycan Xalq Cümhuriyyətini elan etdilər.

Azərbaycan Xalq Cümhuriyyəti təkcə Azərbaycanda deyil, bütün Şərqdə ilk demokratik respublika idi. Bu, respublika parlamentli dövlət idi. Onun dövlət atributları – bayrağı, himni, gerbi qəbul edildi. Üçrəngli bayraqda türkçülük, islamçılıq və avropalaşmaq bir vəhdətdə idi. Ancaq Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşaya bildi. 1920-ci il aprelin 28-də bolşeviklərin 11-ci ordusu Azərbaycanı işğal etdi və respublika süquta uğradı.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər