Son dəqiqə

Bolqarıstan Rumen Radev

Azərbaycan ölkəmizin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır - Bolqarıstan Prezidenti

Bakı. TurkicWorld:

Azərbaycan Bolqarıstan üçün enerji sahəsində mühüm, həlledici tərəfdaşa çevrilib və ölkəmizin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır.

TurkicWorld xəbər verir ki, bu sözləri Prezident İlham Əliyevlə mətbuata bəyanatında Bolqarıstan Prezidenti Rumen Radev söyləyib.

"2022-ci ilin payızında Prezident Əliyevin iştirakı ilə Sofiya şəhərində biz Yunanıstanla Bolqarıstan arasında qaz şəbəkəsindən istifadə etməyə başladıq və beləliklə, Cənub Qaz Dəhlizi Mərkəzi və Şərqi Avropaya birləşdi", - deyə Prezident Radev əlavə edib.

Mövzuya görə xəbərlər