Son dəqiqə

Ermənistan-Azərbaycan

Azərbaycanla Ermənistan arasında sülh sazişi tezliklə imzalanmalıdır - Simonyan

Bakı. TurkicWorld:

Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması prosesi tezliklə başa çatmalıdır.

TurkicWorld xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Almatıda keçiriləcək görüşü ilə bağlı jurnalistlərə deyib.

"Ümid edirik ki, baş verənlər bu prosesin çox tezliklə başa çatacağına dair daha bir siqnaldır", - o deyib.

Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan mayın 10-da Qazaxıstanın Almatı şəhərində görüşəcək. Belə ki, bu barədə Azərbaycan XİN-in sözçüsü Ayxan Hacızadə sosial media hesabında paylaşım edib.

Xatırladaq ki, bir müddət əvvəl Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan və Ermənistan arasında danışıqlar üçün platforma təklif etmişdi.

Mövzuya görə xəbərlər