Bakı. TurkicWorld:
Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli sazişlər toplusu aktual olaraq qalır.
TurkicWorld xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
"Ermənistan və Azərbaycan arasında mədəni abidələrin, tarixi abidələrin və dini yerlərin dağıdılması ilə bağlı mütəmadi olaraq qarşılıqlı ittihamları nəzərə alaraq, biz Bakı və İrəvanı bu məsələni ikitərəfli danışıqlar mövzusuna çevirməyə çağırırıq", o deyib.
Zaxarova qeyd edib ki, Moskva da öz növbəsində bu mövzuda lazımi köməklik göstərməyə hazırdır.
Qeyd edək ki, Ermənistan Azərbaycanın tarixi torpaqlarında irimiqyaslı cinayətlər törədib. Qərbi Azərbaycanda abidələrin və qəbiristanlıqların dağıdılması, o cümlədən İrəvanın Təpəbaşı ərazisində azərbaycanlıların irsinə hücum Azərbaycan abidələrinin dağıdılması prosesinin tərkib hissəsidir.
Ermənilər azərbaycanlıların öz tarixi-etnik torpaqlarında izlərini silməklə yanaşı, toponimlərə qarşı da soyqırımı həyata keçiriblər. Monetnik dövlətin rəhbərliyi azərbaycanlıların yaşadıqları 703 yaşayış məntəqəsinin adını dəyişdirərək erməni yer adları ilə əvəz edib. Ermənistanın uzun illər ərzində həyata keçirdiyi düşünülmüş siyasəti nəticəsində Ermənistan ərazisində Azərbaycan xalqının keçmiş tarixə malik mədəni irsi tamamilə yox olmaq təhlükəsi altındadır, bir çox mədəni irs nümunələri məhv edilib. Əsrlər boyu indiki Ermənistan ərazisində yaşamış azərbaycanlıların XX əsrdə deportasiyası nəticəsində bu ölkədə bir nəfər də olsun azərbaycanlı qalmamışdır. Ermənistanın həyata keçirdiyi mədəni soyqırımı azərbaycanlılara qarşı etnik təmizləmə ilə müşayiət olunub.