Son dəqiqə

Ceyhun Bayramov Qırğızıstan

Ceyhun Bayramov qırğız həmkarı ilə görüşüb

Bakı. TurkicWorld:

Xarici işlər naziri Ceyhun Bayramov Qırğız Respublikasına rəsmi səfəri çərçivəsində həmkarı Ceenbek Kulubayev ilə görüşüb.

TurkicWorld xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" sosial media hesabında bildirilib.

Qeyd edilib ki, nazirlər təkbətək görüş keçirib.

Xatırladaq ki, ötən gün xarici işlər naziri Ceyhun Bayramov Qırğız Respublikasına rəsmi səfərə yola düşüb. Səfər çərçivəsində yüksək vəzifəli rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Mövzuya görə xəbərlər