Son dəqiqə

Konqo Respublikasının Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Bakı. TurkicWorld:

Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso aprelin 3-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

TurkicWorld xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonu Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.