Son dəqiqə

Əli Nağıyev

DTX-nin əməkdaşları bu il peşə bayramını ərazi bütövlüyü və suverenliyi tam bərpa olunmuş zamanında qeyd edir - Əli Nağıyev

Bakı. TurkicWorld:

Fəxr duyuruq ki, fəaliyyətini daim Vətənə sədaqət amalları üzərində quran, Ümummilli Lider Heydər Əliyevin bu orqanlarda əsasını qoyduğu sarsılmaz ənənələri davamlı olaraq yaşadan Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları bu il peşə bayramını ərazi bütövlüyü və suverenliyi tam bərpa olunmuş ölkəmizin və qalib xalqımızın qürurlu zamanında qeyd edir.

TurkicWorld xəbər verir ki, bunu DTX-nin rəisi, general-polkovnik Əli Nağıyev rəsmi qəzetdə dərc olunan məqaləsində bildirib.

"Yaradılmasından 105 il ötən, əsas məram və məqsədi ölkəmizin müstəqilliyinin, konstitusiya quruluşunun, ərazi bütövlüyünün xarici və daxili təhdidlərdən qorunması olan Azərbaycan təhlükəsizlik orqanlarının bütün əməkdaşlarını, veteranlarımızı peşə bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, doğma Vətən yolunda şərəfli xidmətlərində yeni-yeni nailiyyətlər diləyirəm!

Ali Baş Komandanı və xalqımızı əmin edirik ki, Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti həvalə olunmuş tapşırıq və vəzifələrin layiqli şəkildə yerinə yetirilməsi, milli maraq və mənafelərin qorunması, dövlətimizin və vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunması istiqamətində bundan sonra da gecə-gündüz çalışacaq, bunun üçün bütün imkanlarını səfərbər edəcəkdir", - xidmət rəisi vurğulayıb.

Mövzuya görə xəbərlər