BAKI,TurkicWorld
Azərbaycan Sərhəd Qoşunlarının general-leytenantı Fərhad Sabir oğlu Tağızadə, 70 illik yubileyi münasibətilə fəxri mükafata layiq görülüb.
TurkicWorld xəbər verir ki, 7 noyabr tarixində Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi orqanlarında uzun illər xidmət göstərmiş Fərhad Tağızadə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyevin əmrinə əsasən "Dövlət
Təhlükəsizliyi Xidmətinin fəxri əməkdaşı" döş nişanı ilə təltif edilib.
Bu gün isə mükafat Fərhad Tağızadəyə təqdim olunub.






