BAKI,TurkicWorld, Orxan Qədirzadə
“Baykar tərəfindən milli və yerli imkanlarla hazırlanmış yeni nəsil kamikadze pilotsuz uçuş aparatı (PUA) K2 və “Sivrisinek” dolanan sursatı Keşanda keçirilən demo tədbirində gələcəyin döyüş konsepsiyasını nümayiş etdirdi”.
Bu barədə TurkicWorld-ə Baykar şirkətinin ictimaiyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, testlər zamanı süni intellekt dəstəkli sürü avtonomiyası, GNSS-dən müstəqil naviqasiya, avtomatik hədəf aşkarlanması və zərbə imkanları təqdim olunub. K2 Kamikadze PUA və “Sivrisinek” ilk dəfə 5–9 may tarixlərində keçiriləcək SAHA 2026 sərgisində nümayiş olunacaq.
“17 apreldə keçirilən demo 5 ədəd K2 kamikadze PUA-nın 5 dəqiqə ərzində ardıcıl qalxışı ilə başlayıb. Havaya qalxan platformalar “sağ kademe”, “xətt”, “V” və “Turan” formasiyalarında patrul uçuşları icra edib. Bu prosesə Baykar tərəfindən hazırlanmış yeni platforma olan 10 ədəd “Sivrisinek” dolanan sursatı da qoşularaq K2-lərin altında sürü formalaşdırıb. Bayraktar TB2, TB3 və AKINCI PUA isə uçuşu müşayiət edərək əməliyyatı havadan qeydə alıb”.