Bakı. TurkicWorld:
Dünyada sülhün bərqərar edilməsi birbaşa BMT Təhlükəsizlik Şurasının məsuliyyətidir.
TurkicWorld xəbər verir ki, BMT Baş Assambleyasının 78-ci prezidenti Dennis Francis XI Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.
“Dünyada qarşıdurmaların, münaqişələrin sonlanması üçün BMT öz nizamnaməsinə dəyişiklik etməlidir. Bunun üçün xüsusi sessiya çağırılmalıdır. Biz artıq beynəlxalq ictimaiyyətə öz etirazımızı bildirməliyik.
Azərbaycanın beynəlxalq tərəfdaşlığını yüksək dəyərləndirirəm. Qoşulmama Hərəkatına sədrlik dövründə çox böyük töhfələr verdi”,- deyə o bildirib.
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən təşkil olunan XI Qlobal Bakı Forumu keçirilir.
Tədbirdə 400-ə yaxın dünyaca məşhur peşəkar, eləcə də keçmiş və hazırki dünya liderləri, nazirlər və Nobel mükafatı laureatları iştirak edir.