Son dəqiqə

Azərbaycan Ermənistan Sahil Kərimli

Nikol Paşinyan sülh prosesini yenidən uzatmaq istəyir - Sahil Kərimli

Bakı. TurkicWorld:

Ermənistan baş naziri bu gün də ziddiyyətli bəyanatlar səsləndirir, anklav kəndlərin masada olmaması ilə bağlı açıqlamalar verir.

TurkicWorld xəbər verir ki, bu sözləri Trend BİA-nın direktor müavini, siyasi şərhçi Sahil Kərimli ARB 24-ə açıqlamasında deyib.

O qeyd edib ki, bu qeyri-ciddi və danışıqlar prosesinə zərbə vuran açıqlamalardı.

"Bu gün Ermənistan Qərb və Avropa dairələrinə güvənərək, həmin qüvvələrin dəstəyi ilə bölgəmizdə yeni qarşıdurma yaratamağa cəhd edir. Azərbaycanın bir neçə kəndini öz nəzarətləri altında saxlayaraq, danışıqlar masasında nəyəsə nail olmağa çalışır. Əlbəttə ki, Azərbaycan dövləti öz qətiyyətli mövqeyini ortaya qoyub. Həmin ərazilər Azərbaycanın suveren əraziləridir, bu beynəlxalq dairələrdə və beynəlxalq ictimaiyyətdə də belə qəbul edilib. Ermənistanın yeganə yolu Azərbaycanla sülh müqaviləsi imzalamaqdan keçir.

Hindistan, Yunanıstan və Fransanın öz maraqları var. Onlar Ermənistanı alət kimi istifadə edirlər. Yunanıstan da son dövlərlər çalışır ki, Ermənistandan istifadə etsin. Ermənistan da özündən istifadə edilməsinə meyillidir", - deyə o bildirib.

Daha geniş videomüsahibəni təqdim edirik:

Mövzuya görə xəbərlər