Orta Dəhliz qlobal iqtisadiyyat üçün mühüm əhəmiyyətə malikdir - Səfir

Orta Dəhliz qlobal iqtisadiyyat üçün mühüm əhəmiyyətə malikdir - Səfir

Bakı. TurkicWorld:

Orta Dəhliz qlobal iqtisadiyyat üçün mühüm əhəmiyyətə malikdir.

Bu sözləri TurkicWorld-a açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı deyib.

"Yeni reallıq ondan ibarətdir ki, qlobal miqyasda etibar sarsılıb. Qlobal idarəetmə sistemi dəyişdirilməlidir. Qlobal mexanizmlər problemlərin həlli istiqamətində lazımi avadanlıqlara sahib deyil", - deyə o əlavə edib.

Bağcı onu da vurğulayıb ki, Türkiyə başda Cənubi Qafqaz olmaqla Fələstin və Ukraynada da daimi sülhün bərqərar edilməsi üçün əlindən gələni edir.