Son dəqiqə

Rəhman Mustafayev

Ermənistanın hərbi cinayətlərinin qarşısının alınmaması bu ölkənin cəzasızlıq hissinə təkan verir - Səfir

Bakı. TurkicWorld:

Beynəlxalq ictimaiyyətin Ermənistanın hərbi cinayətlərinin qarşısını ala bilməməsi bu ölkənin cəzasızlıq hissinə təkan verməkdən başqa bir işə yaramır.

TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

O vurğulayıb ki, Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinə daxil olmasının Ermənistan ordusunun 600-dən çox mülki azərbaycanlını qətlə yetirdiyi Xocalıda yeni kütləvi məzarlığın açılması ilə eyni vaxta düşməsi olduqca simvolikdir.

Mövzuya görə xəbərlər