Bakı. TurkicWorld:
Prezident seçkilərinin nəticəsinin Azərbaycan xalqının və regionun əmin-amanlığına, firavanlığına və rifahına daha çox töhfə verəcəyi şübhəsizdir.
Bu barədə TurkicWorld-a açıqlamasında Türkiyə prezidentinin baş müşaviri Yalçın Topçu deyib.
"Seçkilərdə Azərbaycan Respublikasının Ali Baş Komandanı cənab İlham Əliyevi qalib olması münasibətilə ürəkdən təbrik edirik", - deyə o əlavə edib.
Y.Topçu onu da qeyd edib ki, Türkiyə və Azərbaycan hər sahədə daha güclü və firavan olmaq hədəfinə doğru əzmlə addımlamağa davam edəcəklər.