Son dəqiqə

Azərbaycan Türkiyə Əli Əsədov Yusuf Tekin

Baş nazir Əli Əsədov Türkiyənin milli təhsil naziri ilə görüşüb

Bakı. TurkicWorld:

Yanvarın 31-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkiyə Respublikasının milli təhsil naziri Yusuf Tekinlə görüşüb.

Nazirlər Kabinetindən TurkicWorld-a verilən məlumata görə, görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub.

Təhsil sahəsi Azərbaycan-Türkiyə əlaqələrinin vacib istiqaməti kimi dəyərləndirilib, bu sahədə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Mövzuya görə xəbərlər