Avropanın anti-Azərbaycan siyasəti vahid mərkəzdən idarə edilir – Rufiz Hafizoğlu

Avropanın anti-Azərbaycan siyasəti vahid mərkəzdən idarə edilir – Rufiz Hafizoğlu

Bakı. TurkicWorld:

Avropanın anti-Azərbaycan, islamafobiya kimi siyasətləri vahid mərkəzdən idarə edilir.

TurkicWorld xəbər verir ki, bu sözləri Trend BİA-nın direktor müavini, “Türk Dünyası” (Turkic.World) media platformasının rəhbəri, siyasi şərhçi Rufiz Hafizoğlu AzTV-yə açıqlamasında deyib.

Siyasi şərhçi onu da vurğulayıb ki, Avropa ölkələrinin əsassız bəyanatları Azərbaycan üçün heç bir mahiyyət kəsb etmir.

“Avropanın anti-Azərbaycan, islamafobiya kimi siyasətləri vahid mərkəzdən idarə edilir. Burada Qərbin aktiv rol almasına baxmayaraq, görünməyən tərəf erməni lobbisidir. Bu gün Qərb Azərbaycanı multikultural ölkə kimi qəbul etmir və bu da Qərbin faşizm ideologiyasından irəli gəlir”, – deyə o əlavə edib.

X: Lamanasadli01