Azərbaycan ərazilərini işğaldan azad edəndən sonra AŞPA-da ona qarşı münasibətlər dəyişdi- TBMM üzvü

Azərbaycan ərazilərini işğaldan azad edəndən sonra AŞPA-da ona qarşı münasibətlər dəyişdi- TBMM üzvü

Bakı. TurkicWorld:
Azərbaycan ərazilərini işğaldan azad edəndən sonra AŞPA-da ona qarşı münasibətlər dəyişdi,

TurkicWorld xəbər verir ki, bu fikirləri AZƏRTAC-a müsahibəsində Türkiyənin AŞPA-dakı nümayəndə heyətinin üzvü, Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü Zeynep Yıldız deyib.

O qeyd edib ki, İkinci Qarabağ müharibəsindən əvvəl AŞPA-da hər kəs Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyirdi.

“Bu, Parlament Assambleyasında dəfələrlə qeyd edilib. Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra dəyişən bir şey olmamalı idi. Dünən debatlarda da bunu qeyd etdim. Ancaq təəssüflər olsun ki, münasibət dəyişdi”,- deyə o bildirib.

Qeyd edək ki, AŞPA-da formalaşmış dözülməz irqçilik, azərbaycanofobiya və islamofobiya mühiti qarşısında Azərbaycan nümayəndə heyəti növbəti xəbərdarlığa qədər AŞPA-da qarşılıqlı əlaqəni və fəaliyyətini dayandırmaq qərarına gəlib.