Son dəqiqə

MSK Azərbaycanda Prezident Seçkiləri - 2024

Seçki üçün qeydiyyatdan keçən beynəlxalq müşahidəçilərin sayı açıqlandı

Bakı. TurkicWorld:

Azərbaycanda prezident seçkilərini müşahidə etmək üçün indiyə qədər 400 nəfərə yaxın beynəlxalq müşahidəçi qeydiyyatdan keçib.

TurkicWorld-un məlumatına görə, bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, fevralın 7-nə təyin olunan növbədənkənar prezident seçkiləri üzrə ümumilikdə 64 minə yaxın müşahidəçi qeydiyyatdan keçib.

Beynəlxalq müşahidəçilərin sayının 400 nəfərə yaxın olduğunu deyən M.Pənahov qeyd edib ki, bu rəqəmlərə ATƏT və BMT müşahidəçiləri daxil deyil.

Mövzuya görə xəbərlər