Son dəqiqə

Azərbaycanda Prezident Seçkiləri - 2024

Prezident seçkilərinə hansı tarixədək yekun vurulacaq?

Bakı. TurkicWorld:

Fevralın 17-dək Prezident seçkilərinə yekun vurulacaq.

TurkicWorld-un Secki-2024.az-a istinadən məlumatına görə, Mərkəzi Seçki Komissiyası (MSK) səsvermə günündən (fevralın 7-dən) başlayaraq 10 gün müddətində Prezident seçkilərinə yekun vurulması və nəticələri təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edəcək.

Qeyd edək ki, Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb.

Mövzuya görə xəbərlər