Lavrov Ermənistanı Zəngəzur dəhlizinin açılışını gecikdirməkdə ittiham edib

Lavrov Ermənistanı Zəngəzur dəhlizinin açılışını gecikdirməkdə ittiham edib

Bakı. TurkicWorld:

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanı Zəngəzur dəhlizinin açılışını gecikdirməkdə ittiham edib.

TurkicWorld xəbər verir ki bu sözləri, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib.

“Çox təəssüf edirəm ki, Sünik bölgəsindən Ermənistan üçün belə faydalı marşrutun açılması hələ də kağız üzərində qalır. Mən bunun səbəbini İrəvanın mövqeyində görürəm. İrəvana kimin məsləhət verdiyini bilmirəm. Görünür, onlar bunu tövsiyə edir. Biz gördük ki, Aİ, Fransa, Almaniya və ABŞ Rusiya-Ermənistan-Azərbaycan prosesinin marşrutların açılması, sərhədlərin delimitasiyası və sülh müqaviləsinin hazırlanması ilə nəticələndiyini anlayan kimi, dərhal bu proseslərə dəvətsiz sızmağa başladılar və spoyler rolunu oynadılar", - o bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Rusiya XİN rəhbərinin qeyd etdiyi kimi, məhz Ermənistan indi üçtərəfli bəyanatda yazıldığı kimi marşrutların açılması ilə bağlı öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkir.

"Məhz Ermənistan marşrut boyu təhlükəsizliyin təmin edilməsi ilə bağlı yeni tələblər irəli sürür. Onlar rus sərhədçilərinin orada yerləşdirilməsini istəmirlər. Baxmayaraq ki, bunu birbaşa yazıb və baş nazir Paşinyan imzalayıb", - o deyib.