İlham Əliyevin prezidentlik müddəti Azərbaycanın inkişaf və möhkəmlənmə dövrü oldu - İqor Korotçenko

İlham Əliyevin prezidentlik müddəti Azərbaycanın inkişaf və möhkəmlənmə dövrü oldu - İqor Korotçenko

Bakı. TurkicWorld:

İlham Əliyevin 20 illik prezidentlik müddəti Azərbaycanın inkişaf və möhkəmlənmə dövrü oldu.

Bu barədə TurkicWorld-a Xəzər Strateji Araşdırmalar İnstitutunun (Rusiya) baş direktoru İqor Korotçenko deyib

"Bu illər ərzində Azərbaycan dünyada mühüm hadisələrin gedişatını müəyyən edən aparıcı ölkələr sırasına daxil olaraq, öz nüfuzunu, təsirini, hərbi və iqtisadi potensialını möhkəmləndirə bilib. Əlbəttə ki, İlham Əliyevin 20 illik prezidentlik müddətində ən mühüm hadisə Azərbaycanın ərazi bütövlüyünü və tam suverenliyini bərpa etməsi olub. Bunlar təkcə Azərbaycan xlqının milli tarixində deyil, müasir dünya tarixində mühüm hadisələr idi, çünki bu cür misilsiz nəticəyə səbəb olan uğurlu, səmərəli, düşünülmüş və mühüm həllərə dair başqa nümunə yoxdur", - Korotçenko deyib.

O, Prezident İlham Əliyevin öz dünyagörüşü, strateji məqsədyönlülüyü, beynəlxalq münasibətlər sistemindəki nüfuzuna görə müasir dünyanın aparıcı siyasətçiləri arasında yer aldığını qeyd edib.

"Bunu hamı qəbul edir. Hətta Fransa, ABŞ kimi güclü ölkələr də Azərbaycana təzyiq göstərməyə çalışdı, lakin müvəffəq olmadı. Bu cəhdlərin qarşısı alındı, Azərbaycan öz suverenliyini sarsılmaz şəkildə və qətiyyətlə möhkəmləndirdi və bu gün Cənubi Qafqazın aparıcı ölkəsi kimi uğurla inkişaf edir. Şübhəsiz, Qoşulmama Hərəkatına sədrliyi ilə dünyanın bu hissəsinin ədalətli, səmərəli sülhə və beynəlxalq inkişafa doğru səylərini təcəssüm etdirir. Bu səbəbdən Azərbaycan Prezidenti hər baxımdan müasir dövrün aparıcı xadimi, görkəmli siyasətçi, ziyalı və dövlət xadimidir", - Korotçenko deyib.

Onun sözlərinə görə, ölkənin suverenliyinin və ərazi bütövlüyünün tam bərpasına doğru yol yetərincə mürəkkəb olub.

"Beləliklə, iqtisadi inkişaf, siyasi sistemin təkmilləşdirilməsi parametrlərini, hərbi quruculuğun gedişatını bir araya gətirərək, birincisi, güclü şaxələndirilmiş iqtisadiyyat əsasında Azərbaycan Silahlı Qüvvələrin yenidən silahlanması üçün şərait yaratmaq, dünya bazarında ən qabaqcıl, müasir növ hərbi texnikanı satın almaq, ordunu yaraqlandırmaq və təchiz etmək, hərbi istehsalat sahəsində öz səriştələrini inkişaf etdirmək və nəhayət, elə bir hazırlıq sistemi qurmaq lazımdır ki, regionda hərbi əməliyyatlar səhnəsinə daha səmərəli tətbiq olunsun.

Bu səbəbdən İlham Əliyev Prezident və Ali Baş Komandan olaraq elə bir ordu modeli yaratdı və dövlətin müdafiə imkanlarının konfiqurasiyasını elə qurdu ki, 2020-ci ilin Ermənistanın irimiqyaslı silahlı təxribatına cavab olaraq "Dəmir yumruq" əks-hücum əməliyyatına başladı", - deyə Korotçenko vurğulayıb.

O, müasir hərb sənəti tarixində bu cür görkəmli əməliyyatların çox az olduğunu, 30 il ərzində qüvvə toplamış, Azərbaycan ərazisinin 20 faizini işğal etmiş, göründüyü qədərilə qarşısı alınmaz və mürəkkəb mühəndislik qurğuları, minalı sahələr, məşhur "Ohanyan xəttini" yaratmış təcavüzkar cəmi 44 gün ərzində uğursuzluğa düçar olub və tamamilə məhv edilib.

"Nəticə tarixi proseslərin gedişatına və Cənubi Qafqaz regionunda hərbi-siyasi vəziyyətin dəyişməsinə təsir baxımından nəzərəçarpandır, ən əsasə, bu hərbi uğur misilsizdir. Əlbəttə ki, 44 günlük müharibə dövründə cərrah dəqiqliyi ilə verilmiş effektiv qərarlar və əməliyyatlar müharibənin başa çatmasından artıq bir neçə il ötsə də, indiyədək hərbi analitiklərin diqqət mərkəzindədir", - o deyib.

Korotçenko, həmçinin, Prezident İlham Əliyevin müasir müharibə tendensiyalarını çox yaxşı bildiyini vurğulayıb.

"Bu, əvvəlki dövrün münaqişələri ilə müqayisədə pilotsuz uçuş aparatlarının (PUA) rolunun dəfələrlə artdığı müasir manver müharibəsidir. İkincisi, bu, xüsusi təyinatlı qüvvələrdən istifadənin əhəmiyyəti və effektivliyidir. Bu planda, əlbəttə ki, 44 günlük müharibə dövründə səmərəli hərbi idarəetmə sistemi ilə birlikdə Azərbaycan Silahlı Qüvvələri qarşı Ermənistan qoşunları ilə müqayisədə daha üstün görünürdü.

Bundan başqa, hərb sənətinin müasir tendensiyalarını daha yaxşı nümayiş etdirirdi ki, bunlar da son nətiədə hərbi quruculuq uğurları, əməliyyatların uğuru sayəsində müasir meyarlara əsasən misilsiz nəticəyə səbəb oldu: təcavüzkar darmadağın edildi və Azərbaycan Ordusu qələbə qazandı. Ermənistan kapitulyasiyaya məcbur oldu.

Azərbaycan Silahlı Qüvvələri öz səriştəsini bir daha bu yaxında həyata keçirilən antiterror əməliyyatlarında nümayiş etdirdi. Belə ki, separatçı dəstələr, eləcə də Ermənistan ordusunun Qarabağda olan hissələri səmərəli və qətiyyətli tədbirlər sayəsində bir sutkadan az müddətdə tərksilah olaraq öz məğlubiyyətlərini qəbul etməli oldular. Bu səbəbdən hərb sənətinin müasir meyarlarına görə, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev şübhəsiz təkcə siyasətçi deyil, həm də ordu başçısı olaraq öz peşəkarlığına görə ən yüksək qiymətə layiqdir", - o deyib.

Korotçenko bu gün beynəlxalq münasibətlər sistemində və dünya siyasətində dramatik dəyişiklərin baş verdiyini qeyd edib.

"Belə görünür ki, əvvəllər dominantlıq edən ölkələr, misal üçün, Fransa və ya ABŞ bu gün tez-tez uduzur, bütün beynəlxalq münasibətlər sistemi yenidən qurulur, yeni ittifaqlar, birliklər formalaşır. Lakin yenə də mühüm olan dövlətin davamlılığı və liderlərin həm yaxın, həm də uzaq qonşularla bu cür münasibətlər qurmaq bacarığıdır. Dövlət bu koordinatlar sistemində daima irəli gedir və rəqibləri ilə yanaşı, daha çox müttəfiq, dost və tərəfdaşlara sahib olmasıdır.

Mənə elə gəlir ki, məhz Azərbaycan üçün bu daha fərqli dərəcədə səciyyəvidir. Çünki əlbəttə ki, Azərbaycan bu gün təkcə Cənubi Qafqaz və Xəzər regionunda mühüm oyunçu deyil, fikrimcə, həm də beynəlxalq ictimaiyyətin ən nüfuzlu ölkələrindən biridir. Bu gün görürük ki, liderin keyfiyyətindən, onun intellektual imkanlarından, siyasi sistemin səmərəliliyindən bir çox nəticələr irəli gəlir və vəziyyət gələcək inkişaf istiqaməti bəlli olur.

Bu baxımdan, Azərbaycan diplomatiyası, əlbəttə ki, ən yüksək qiymətə layiqdir. Çünki hərbi amil, hərbi güc, rəqibdən üstünlüklə yanaşı, Azərbaycan diplomatiyasının mühüm nailiyyətləri Bakıda keçirilən beynəlxalq forumlardan, bu gün Azərbaycana Qoşulmama Hərəkatının lideri olaraq ayrılan roldan aydın şəkildə görünür.

Bundan başqa, Azərbaycan dövlətinin nüfuzu bu gün olduqca böyükdür. Azərbaycan trendləri müəyyən edən liderlərdən biridir. Əlbəttə ki, Azərbaycan diplomatiyası hər şeydən öncə, Prezident İlham Əliyevin şəxsi diplomatiyasıdır. O uğurludur və buna görə də şübhəsiz, yalnız irəliyə yönələn Azərbaycan dövləti və Azərbaycan cəmiyyəti uğurludur", - deyə İqor Korotçenko bildirib.