Son dəqiqə

Azərbaycan Qarabağ İqor Korotçenko Ağdam-Xankəndi yolu

Qarabağın "blokada"sı barədə erməni təbliğatı məğlubiyyətə uğradı - İqor Korotçenko

Bakı. TurkicWorld:

Ağdam-Xankəndi yolunun açılması Qarabağ ermənilərinin Azərbaycanın siyasi və hüquqi məkanına praktiki reinteqrasiyasının başlanğıcıdır.

TurkicWorld xəbər verir ki, bu barədə Xəzər Strateji Araşdırmalar İnstitutunun (Rusiya) baş direktoru İqor Korotçenko sosial şəbəkədə yazıb.

"Artıq nə "blokada", nə "kütləvi aclıq", nə də "soyqırımı" var - təbliğat cəfəngiyyatı boşa çıxdı. Separatçılar və onların lobbiçiləri Ağdam-Xankəndi yolunun açılmasına nə qədər mane olsalar da, nəticədə bu nəqliyyat arteriyası işə düşdü. Eyni zamanda, Azərbaycan qanunvericiliyi ilə müəyyən edilmiş sərhəd və gömrük prosedurlarına riayət etməklə Laçın yolu ilə hərəkət açıldı", - deyə o vurğulayıb.

Qeyd edək ki, Qarabağdakı separatçılar, nəhayət, Azərbaycanın şərtlərinə tabe olub, Laçın yolunun və Ağdam-Xankəndi yolunun eyni vaxtda açılmasına razılaşıblar.

Belə ki, separatçıların liderləri Beynəlxalq Qızıl Xaç Komitəsinin Xankəndi ofisinin və Rusiya sülhməramlılarının komandanlığının BQXK-nın maşınları ilə Laçın yolu və Ağdam-Xankəndi yolu ilə eyni vaxtda ərzaq daşınmasına dair birgə təklifini qəbul etmək qərarına gəliblər.

Əslində, sentyabrın 1-dən bu marşrutların eyni vaxtda açılması ilə bağlı razılaşma var idi. Separatçılar bunu iki həftədən çox ləngitdilər.

Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus yük maşınları Ağdam-Xankəndi yolu ilə paralel, "Laçın" sərhəd-buraxılış məntəqəsindən maneəsiz keçib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Mövzuya görə xəbərlər