Prezident İlham Əliyev müasir dövrün görkəmli siyasətçisidir, Paşinyan isə uğursuzdur - İqor Korotçenko

Prezident İlham Əliyev müasir dövrün görkəmli siyasətçisidir, Paşinyan isə uğursuzdur - İqor Korotçenko

Bakı. TurkicWorld:

Prezident İlham Əliyev müasir dövrün görkəmli siyasətçisidir, Paşinyan isə uğursuzdur.

TurkicWorld xəbər verir ki, bunu sosial şəbəkədə Xəzər Strateji Araşdırmalar İnstitutunun (HASEN) baş direktoru İqor Korotçenko yazıb.

"Qısacası, başqa cür ola da bilməzdi. Bu istənilən obyektiv analitikə məlum idi", - HASEN-in baş direktoru qeyd edib.

Korotçenko vurğulayıb ki, BMT-nin Təhlükəsizlik Şurasının Qarabağdakı vəziyyətlə bağlı iclası artıq heç nəyi dəyişməyəcək. De-yure və de-fakto Qarabağ Azərbaycandır. Artıq həmişəlik. Reallıq budur.

Onun sözlərinə görə, Rusiya ilə Azərbaycan arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanması və qüvvədə olması faktı mühüm əhəmiyyət kəsb edir.

"Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyevin əla şəxsi münasibətləri var. Bizim ümumi məqsədimiz ABŞ və Fransanın Cənubi Qafqazda "suyu bulandırmaması"dır. Bu istiqamətdə çalışacağıq", - deyə o, əlavə edib.

Qeyd edək ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

Tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır. Mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılır.

Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, 2023-cü il sentyabrın 20-də saat 13:00-da aşağıdakı şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunmuşdur:

1. Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

2. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.

3. Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir".

(Tərcümə: Rəna Əbdürəhmanova)