Azərbaycanda kamil seçki mədəniyyəti formalaşıb - Hulusi Kılıç

Azərbaycanda kamil seçki mədəniyyəti formalaşıb - Hulusi Kılıç

Bakı. TurkicWorld:

7 fevral prezident seçkiləri yeni mühitdə baş tutacaq.

Bu barədə TurkicWorld-un suallarını cavablandırarkən Türkiyənin Azərbaycandakı sabiq səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin (İB) Türkiyə rəhbəri, Azərbaycan Ağsaqqallar Şurası Fəxri üzvü Hulusi Kılıç bildirib.

O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev çox açıq bir şəkildə ifadə edib ki, Azərbaycan artıq yeni dövrə girib.

"Azərbaycan torpaqlarını işğaldan azad etdi və suverenliyini bərpa etdi. Yeni dövrdə Azərbaycanın hər qarış torpağında seçkilər keçirilməli idi. Bu seçkilər həm Azərbaycanın ərazi bütövlüyünü, həm də Prezident İlham Əliyevin 20 illik uğurlu prezidentlik dövründən sonra yeni bir dövrün başlandığını göstərir. İndiyədək keçirilmiş prezident, parlament və bələdiyyə seçkiləri nəticəsində Azərbaycanda kamil seçki mədəniyyəti formalaşıb.

Seçicilər ilk dəfə Qarabağ bölgəsində və Şərqi Zəngəzurda səs verəcəklər. Bu bölgələrdə şəffaf səsvermə prosesinin təşkil edilməsi üçün bütün şərait yaradılıb. Azərbaycanda kamil seçki mədəniyyəti formalaşıb.

Azərbaycan Respublikasının Konstitusiyası demokratik prinsiplərə əsaslanan insan hüquq və azadlıqlarına təminat yaradır. Bu prinsip seçki prosesləri üçün də keçərlidir. Namizədlərə bərabərhüquqlu şərait yaradılıb", - deyə H.Kılıç əlavə edib.