Son dəqiqə

Azərbaycan Türkiyə Çağrı Erhan

Azərbaycanın tarixi Zəfəri eyni zamanda türk dünyasında da geniş şəkildə qeyd olunur - Altınbaş Universitetinin rektoru

Biz Zəfər gününü təkcə Azərbaycanda deyil, Türkiyədə də böyük sevinclə qeyd edirik.

TurkicWorld xəbər verir ki, bunu Türkiyənin Altınbaş Universitetinin rektoru professor Dr.Çağrı Erhan deyib.

Onun sözlərinə görə, Azərbaycanın tarixi Zəfəri eyni zamanda türk dünyasında da geniş şəkildə qeyd olunur: "44 günlük müharibə başlayanda biz də Türkiyənin dörd bir tərəfində anbaan nələr baş verdiyini gözlədik. Azərbaycan Prezidentinin, Müdafiə Nazirliyinin bəyanatlarını, videolarını izlədik. Azərbaycanda yaşayış yerləri bombalananda birgə kədərləndik, sevincli günlərdə də bir yerdə sevindik".

Mövzuya görə xəbərlər