Son dəqiqə

Şahmar Mövsümov Qlobal Bakı Forumu

İşğaldan azad edilmiş ərazilərin bərpası və insanların oraya qaytarılması qarşıda duran prioritet məsələdir - Şahmar Mövsümov

İşğaldan azad edilmiş ərazilərin bərpa edilməsi və insanların oraya qaytarılması Azərbaycanın qarşısında duran prioritet məsələdir.

TurkicWorld-un məlumatına görə, bunu Prezidentin köməkçisi Şahmar Mövsümov VIII Qlobal Bakı Forumu çərçivəsində “Yeni dünya iqtisadiyyatı” mövzusunda panel müzakirələri zamanı deyib.

Ş.Mövsümov bildirib ki, Azərbaycan ərazilərin bərpası istiqamətində böyük işlər görür: “Bizim növbəti prioritetimiz böyük qayıdışdır. Biz burada ədaləti bərpa etməliyik, insanları oraya qaytarmalıyıq”.

Prezidentin köməkçisi əlavə edib ki, azad edilmiş ərazilərin bərpası Azərbaycan iqtisadiyyatının böyüməsinə səbəb olacaq: “Kənd təsərrüfatına yararlı torpaqlar dövriyyəyə qayıtmalıdır. Bu, iqtisadiyyatın genişlənməsinə imkan verəcək”.

Mövzuya görə xəbərlər