İkinci Qarabağ müharibəsində ermənilərin cinayətləri ilə bağlı müxtəlif istiqamətlər üzrə iş başlanılıb - Hərbi prokuror

İkinci Qarabağ müharibəsində ermənilərin cinayətləri ilə bağlı müxtəlif istiqamətlər üzrə iş başlanılıb - Hərbi prokuror

İkinci Qarabağ müharibəsində Ermənistanın törətdiyi əməllərlə bağlı açılan cinayətlərin bir qismi Hərbi prokurorluqda aparılır.

TurkicWorld-un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Baş prokurorun müavini, Respublika hərbi prokuroru Xanlar Vəliyev deyib.

O bildirib ki, cinayətlərin bəziləri Baş Prokurorluqda, digərləri isə Dövlət Təhlükəsizliyi Xidmətində aparılır. Bu işin həcmi çox böyükdür: "Müxtəlif istiqamətlər üzrə cinayət işi başlanılıb. Hətta bizim bəzi hərbçilərin müharibə zamanı səriştəsizliyinə görə cinayət işləri başlanılıb. Onu da qeyd edim ki, İkinci Qarabağ müharibəsində əsgər və zabitlərimiz arasında fərarilik edən kimsə olmayıb. Bu, əslində millətin ruhundan xəbər verir".