Bakı. TurkicWorld:
Ermənistanda vahid siyasi mövqe olmadıqca və hakimiyyət Qərbə meyl etdikcə bölgədə sülh təmin edilməyəcək.
TurkicWorld xəbər verir ki, bu sözləri Trend BİA-nın direktor müavini, “Türk Dünyası” (Turkic.World) media platformasının rəhbəri, politoloq Rufiz Hafizoğlu ARB 24-ə açıqlamasında deyib.
Ekspertin sözlərinə görə, Azərbaycanın Ermənistanla sülh müqaviləsinin imzalanması ilə bağlı mövqeyi şəffafdır.
“Amerika Birləşmiş Ştatları və digər qərb dövlətləri Cənubi Qafqazda maraqlarını təmin etmək üçün sülh sazişinin imzalanmaması ilə bağlı Ermənistana təzyiq göstərir”, -deyə R.Hafizoğlu bildirib.
R.Hafizoğlu onu da vurğulayıb ki, Ermənistanı sərhədlərin delimitasiyası prosesinə cəlb edən məhz Azərbaycanın təkidi olub.
“Bu gün 44 günlük müharibədə və anti-terror tədbirləri ilə qalib gələn Azərbaycan öz şərtlərini Ermənistana diqtə edir” , – deyə o qeyd edib.