Fransa İrəvana yararsız hərbi texnika satıb - Rusiya XİN

Fransa İrəvana yararsız hərbi texnika satıb - Rusiya XİN

Bakı. TurkicWorld:

Fransa İrəvana qeyri-likvid hərbi texnika satıb.

TurkicWorld xəbər verir ki, bunu bu gün keçirdiyi brifinq zamanı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Fransanın "Bastion" zirehli maşınlarının Ermənistana göndərilməsini şərh edərkən deyib.

Mariya Zaxarovanın sözlərinə görə, Paris həmin texnikanı başqa istiqamətlərdə sata bilmədiyi üçün İrəvana göndərib.

XİN sözçüsü qeyd edib ki, Ermənistana həmin texnikanın tədarük edilməsinin ölkənin təhlükəsizliyinin təmin olunmasına fayda verəcəyi ilə bağlı arqumentlər səsləndirmək sadəlövh görünür: "Həmin zirehli texnika real döyüş şəraitində çox aşağı effektivlik nümayiş etdirib".

Xatırladaq ki, noyabrın 14-də Ermənistanın baş naziri Nikol Paşinyan da Belarus prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığında noyabrın 23-də KTMT-nin iclasında iştirak etməyəcəyini bildirib.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Ermənistan parlamentinin spikeri Alen Simonyan Kollektiv KTMT-nin Minsk görüşündə iştirak etməyəcəklərini bildiriblər.

Xatırladaq ki, Ukrayna Fransanın göndərdiyi "Bastion" zirehli maşınlarından zəif müdafiə səbəbindən imtina edib. Fransanın "Ouest France" nəşri məhz bu istifadəyə yararsız maşınların Ermənistana göndərildiy ilə bağlı bir neçə gün öncə yazı dərc edib. "Bu nəqliyyat vasitələri ilkin olaraq Ukrayna üçün nəzərdə tutulmuşdu, lakin Kiyev bu maşınların artilleriya atəşi və tank əleyhinə raketlərdən zəif müdafiə etdiyini hesab edib", - "Ouest France" nəşrində deyilib.

Əlavə edək ki, İrəvan Fransadan hərbi yardımın ilk partiyasını alıb. Ermənistan ordusu üçün zirehli maşınların ilk partiyası artıq Gürcüstan vasitəsilə ölkəyə çatdırılır.

Qeyd etmək lazımdır ki, "Bastion" zirehli maşınları ilkin olaraq Afrikadakı keçmiş müstəmləkə ölkələrindəki Fransa qoşunları üçün hazırlanıb. İndi isə Fransa bu texnikadan qurtulmağın istənilən yollarını axtarır.