Azərbaycan tərəfindən bu cür bəyanatlar eşitməmişik -Peskov

Azərbaycan tərəfindən bu cür bəyanatlar eşitməmişik -Peskov

Bakı. TurkicWorld:

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın baş naziri Nikol Paşinyanın rəsmi Bakının guya "Qərbi Azərbaycan" konsepsiyası irəli sürməsi ilə bağlı iddialarına fikir bildirib.

TurkicWorld xəbər verir ki, Kreml nümayəndəsi bu barədə jurnalistlərə deyib.

O, Nikol Paşinyanın iddialıarına cavab olaraq, Azərbaycan tərəfindən dövlət səviyyəsində bu cür bəyanatlar eşitmədiyini deyib.

"Biz Azərbaycan rəhbərliyindən tamamilə fərqli bəyanatlar eşitmişik. Bu bəyanatlarda məhz bir mərhələni bitirərək sülh sazişinin imzalanmasına hazırlıq mərhələsinə keçidin vacib olduğu deyilir", - Kreml nümayəndəsi bildirib.