Qubadlıda silah-sursat aşkar edilib

Qubadlıda silah-sursat aşkar edilib

Bakı. TurkicWorld:

Qubadlı rayonunda silah-sursat aşkar edilib

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan TurkicWorld -ə verilən məlumata görə, Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən silah-sursatın yığılaraq təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir. Keçirilən növbəti tədbir zamanı rayonun Tarovlu kəndi ərazisindən 1 "Faqot", 1 qumbaraatan, 1 pulemyot, 1 avtomat, 19 qumbara, xeyli sayda patron və digər sursatlar aşkar olunaraq müvafiq qaydada götürülüb.

Faktla bağlı araşdırma aparılır.