Leyla Abdullayeva Parisin ermənipərəst merinə məktub göndərdi

Leyla Abdullayeva Parisin ermənipərəst merinə məktub göndərdi

Bakı. TurkicWorld:

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Paris meri Ann İdalqoya açıq məktub ünvanlayıb.

TurkicWorld xəbər verir ki, səfir məktubu "X" sosial şəbəkəsindəki səhifəsində yayımlayıb.

Diplomat məktubunda meri faktları təhrif etməməyə çağırıb. L.Abdullayeva qeyd edib ki, A.İdalqo bu yaxınlarda Azərbaycandakı erməni əsirlərin azad edilməsi ilə bağlı yanlış məlumat verib"

"Mən Azərbaycan səfiri və vətəndaşı kimi bildirirəm ki, onun əldə etdiyi məlumatlar yanlış mənbələrdəndir. Bu məlumatlar Qafqazda sülhün olmasını istəməyən mənbələrdən gəlir".

"30 il ərzindəyalanlarla qidalanan iki nəsil yetişib. Lakin Azərbaycan ermənilərin Qarabağa qayıtmasına razılıq verir. Yəhudi, rus kimi digər icmalarının əldə etdiyi hüquqlar ermənilərə də veriləcək", - səfir bildirib.