Son dəqiqə

Azərbaycan İraq Əbdüllətif Camal Rəşid Nəsir Məmmədov

İraq prezidenti Azərbaycan Respublikasının səfiri Nəsir Məmmədovu qəbul edib

Bakı. TurkicWorld:

İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycan Respublikasının bu ölkədəki səfiri Nəsir Məmmədovu qəbul edib.

TurkicWorld xəbər verir ki, bu barədə N.Məmmədov özünün X hesabında paylaşıb.

Əbdüllətif Camal Rəşid İraq ilə Azərbaycan arasındakı əlaqələrin yüksələn xətlə inkişaf etməsindən məmnun olduğunu bildirib. Nəzərə çatdırıb ki, iki dost dövlətin müxtəlif sahələr üzrə və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq əlaqələrini genişləndirmək zəruridir.

İraq prezidenti siyasi, iqtisadi-ticari, enerji, mədəniyyət, turizm və təhsil sahələrində daha səmərəli əməkdaşlıq üçün hər iki tərəfin böyük potensialının olduğunu qeyd edib, rəsmi şəxslərin qarşılıqlı səfərlərinin əhəmiyyətini vurğulayıb.

Nəsir Məmmədov faydalı əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin Azərbaycan və İraq xalqlarının mənafeyinə uyğun olduğunu bildirib.

Qəbulda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Mövzuya görə xəbərlər