Ukrayna Prezidenti Azərbaycana təşəkkür edib

Ukrayna Prezidenti Azərbaycana təşəkkür edib

Bakı. TurkicWorld:

Ukrayna Prezidenti Volodimir Zelenski qış ərəfəsində enerji sahəsində göstərilən yardıma görə Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirib.

Bu barədə TurkicWorld yerli mətbuata istinadən xəbər verir.

"Bu gün Azərbaycana təşəkkür etmək istəyirəm. Qış mövsümündən əvvəl Azərbaycan Prezidenti İlham Əliyevlə razılığa gəldiyimiz kimi, enerjimizə də müvafiq yardım var. Başa düşürük ki, bu qışda çətinliklər keçmişdən az olmaya bilər. Hazırlaşırıq. Ukraynanın, insanlarımızın, enerjimizin dəstəyi çox vacibdir", - deyə o, axşam videomüraciətində bildirib.