Bakı. TurkicWorld:
Dünya bir dildən, bir dindən, bir kökdən olan altı dövlətin qardaşlığının, dostluğunun nümunəsi olub.
Bu sözləri TurkicWorld-a özəl açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib.
"Altı qardaş dövlət dünya birliyində qarşılarına çıxan məsələləri birlikdə həll etməyin nümunəsini göstərdilər. Fikir birliyi, qarşılıqlı əlaqələrin gücləndirilməsi üçün atılan addımlar haqqında aparılan danışıqlar olduqca önəmli idi. Hər sammitdən sammitə ölkələr bir-birinə daha çox yaxınlaşırlar. Türk dövlətləri artıq əməkdaşlığın bütün sahələrindən istifadə edirlər. Bu bir daha göstərir ki, məhz bu ölkələr dünya sülhünə töhfə verməkdə, birlik, bərabərlik yaratmaqda həmişə geniş imkanlardan istifadə edə bilərlər",- deyə deputat qeyd edib.
Xatırladaq ki, 3 noyabr tarixində Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu sammiti keçirilib.
Aytac Süleymanova