Türkiyə Azərbaycana mina təmizləmə işlərində öz dəstəyini göstərir – Səfir

Türkiyə Azərbaycana mina təmizləmə işlərində öz dəstəyini göstərir – Səfir

Bakı. TurkicWorld:

Türkiyə 40 ildir ki, terror teşkilatı ilə mübarizə aparır. Bu baxımdan Türkiyə həm terrorla mübarizədə, həm də mina təmizləmə işində kifayət qədər təcrübəlidir.

TurkicWorld xəbər verir ki, bunu Milli Məclisdə "Mina Təhlükəsi ilə Mübarizə - partlayıcı sursatların ekosistemə təsiri" mövzusunda ictimai dinləmədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib.

O qeyd edib ki, 44 günlük Vətən müharibəsindən sonra Türkiyə Azərbaycana mina təmizləmə işlərində öz dəstəyini göstərir və bu dəstək son mina bu torpaqlardan təmizlənənədək davam edəcək.

"Biz bu məsələ işlə əlaqədar çalışan bütün beynəlxalq təşkilatları da Azərbaycana dəstək verməyə çağırırıq", - deyə səfir əlavə edib.