Azərbaycan da mina təhlükəsindən zərər çəkən ölkələr sırasındadır - Vladanka Andreyeva

Azərbaycan da mina təhlükəsindən zərər çəkən ölkələr sırasındadır - Vladanka Andreyeva

Bakı. TurkicWorld:

Azərbaycan da mina təhlükəsindən zərər çəkən ölkələr sırasındadır. Vətən müharibəsindən sonra yüzlərlə azərbaycanlı mina partlayışının qurbanı olub. Təkcə son 3 ildə 65 mülki insan həyatını itirib. Dünən Tərtərdə bir nəfər mülki şəxs yenə minadan zərər çəkib. Bütün bunlar ürək ağrıdır.

TurkicWorld -in məlumatına görə, bunu Milli Məclisdə "Mina Təhlükəsi ilə Mübarizə - partlayıcı sursatların ekosistemə təsiri" mövzusunda ictimai dinləmədə BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreyeva deyib.

V.Andreyeva vurğulayıb ki, mina təhlükəsi davamlı inkişafa, həmçinin sülhə nail olunmasına maneçilik törədir. Mina təhükəsi nəticəsində nəinki insanlar həyatını itirir bu təhlükə həm də torpağa, onun münbitliliyinı mənfi təsir edir.

Bu sahədə ANAMA-nn işini yüksək qiymətlındirən BMT-nin resident əlaqələndiricisi 2020-ci ildən BMT-nin təşkilat və qurumları ilə aparılan əməkdaşlıq əlaqələrindən söz açıb və xeyli işlər görüldüyünü bildirib.