Ermənistanda saxlanılan iki azərbaycanlının məsələsi Avropa Şurası komissarı ilə müzakirə edilib

Ermənistanda saxlanılan iki azərbaycanlının məsələsi Avropa Şurası komissarı ilə müzakirə edilib

Bakı. TurkicWorld:

Ermənistanda əsirlikdə saxlanılan Azərbaycan vətəndaşları ilə bağlı məsələ bu yaxında Azərbaycanda səfərdə olan Avropa Şurasının İnsan hüquqları üzrə komissarının qarşısında qaldırılıb.

TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva jurnalistlərə açıqlamasında bildirib.

"Gözləyirik ki, tez bir zamanda xəbər alaq", – deyə Ombudsman qeyd edib.

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüb.

Daha sonra Ermənistan tərəfindən əsir götürülmüş əsgərlər - Bəbirov Aqşin Qabil oğlu və Axundov Hüseyn Əhliman oğluna qarşı Ermənistanın qurama "məhkəmə prosesi"ni və Aqşin Bəbirovun həbsi ilə bağlı qondarma "qərar" verilib.