Azərbaycan və Ermənistanın baş nazirləri Gürcüstanda görüşüblər

Azərbaycan və Ermənistanın baş nazirləri Gürcüstanda görüşüblər

Bakı. TurkicWorld:

Azərbaycanın baş naziri Əli Əsədov və Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin vasitəçiliyi ilə Gürcüstanda görüşüblər.

TurkicWorld xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Bir neçə saat davam edən danışıqların təfərrüatı açıqlanmayıb.

Qeyd edək ki, dünən Gürcüstanın Tbilisi şəhərində Beynəlxalq İpək Yolu Forumu fəaliyyətə başlayıb. Bütünlükdə dünyanın 60 ölkəsindən 2 minə yaxın nümayəndənin iştirak edəcəyi forumda Azərbaycanın və Ermənistanın baş nazirləri Əli Əsədov və Nikol Paşinyan da iştirak edib.