Gürcüstan Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasında iştirak etməyə hazırdır - Baş nazir

Gürcüstan Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasında iştirak etməyə hazırdır - Baş nazir

Bakı. TurkicWorld:

Gürcüstan Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasında iştirak etməyə hazırdır.

TurkicWorld xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Qaribaşvili Tbilisi Beynəlxalq İpək Yolu Forumunun açılışında deyib.

Gürcüstanın baş nazirinin sözlərinə görə, bu istiqamətdə dinc qonşuluq təşəbbüsünün köməyilə işlər görülə bilər.

"Cənubi Qafqazda uzunmüddətli sülhün yekun olaraq bərqərar olması üçün hökumətimizin dinc qonşuluq təşəbbüsünün köməyilə qonşularımız və dostlarımız olan Ermənistan və Azərbaycanla işləməyə hazırıq", - o deyib.

Qeyd edək ki, bu gün Gürcüstanın Tbilisi şəhərində Beynəlxalq İpək Yolu Forumu fəaliyyətə başlayıb. Bütünlükdə dünyanın 60 ölkəsindən 2 minə yaxın nümayəndənin iştirak edəcəyi forumda Azərbaycanın və Ermənistanın baş nazirləri Əli Əsədov və Nikol Paşinyan da iştirak edir.