Türkiyə müdafiə sənayesi yerüstü hərbi texnika olan ACROB-un detallarını açıqlayıb

Türkiyə müdafiə sənayesi yerüstü hərbi texnika olan ACROB-un detallarını açıqlayıb

Türkiyə müdafiə sənayesi rəhbəri İsmayıl Dəmir, təhlükəsizlik qüvvələrinin ehtiyaclarına uyğun olaraq hazırlanmış olan, hərbi robot ACROB-un detallarını açıqladı.

TurkicWorld-un məlumatına görə, bu barədə İsmayıl Dəmir rəsmi Twitter hesabında paylaşım edib.

“Türkiyənin daxili imkanları hesabına hazırlanan ACROB, müxtəlif maneələrdə özünün sürət və çevikliyi ilə daim təhlükəsizlik qüvvələrimizin yardımcısı olacaq”- deyə o qeyd edib.

Qeyd edək ki, ACROB ilə əlaqədar jurnalistlərə açıqlama verən İsmayıl Dəmir bildirmişdi ki, “Təhlükəsizlik qüvvələrimizin ehtiyaclarına uyğun olaraq hər səviyyədə yerüstü hərbi texnika vasitələrimizi inkişaf etdirməyə və istifadəyə verməyə davam edirik. Yerli imkanlarımız hesabına hazırlanmış ACROB hər cür hava və ərazi şəraitində təhlükəsizlik qüvvələrimizin kiçik köməkçisi olacaq.”