Son dəqiqə

Türkiyə Türkiyə xarici işlər nazirliyi ASALA JCAG Ahmet Benler

Türkiyə ermənilər tərəfindən öldürülən səfirinin xatirəsini yad edir

Bu gün Türkiyə ermənilər tərəfindən Hollandiyanın Lahey şəhərində öldürülən diplomat Ahmet Benlerin xatirəsini yad edir.
TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə xarici işlər nazirliyi rəsmi Twitter səhifəsində paylaşım edib.

"Erməni terror təşkilatları ASALA və JCAG -ın hücumu nəticəsində 12 oktyabr 1979 -cu ildə Laheydə şəhid olmuş mərhum səfirimiz Özdemir Benlerin oğlu Ahmet Benleri hörmət və mərhəmətlə yad edirik" - deyə məlumatda qeyd olunur.

Qeyd edək ki, ASALA və JCAG erməni terror təşkilatları 1975-ci ildə türklərə qarşı terror aktlarının keçirilməsi məqsədilə yaradılıb.

Erməni terorçularının xaricdə yaşayan türklərə qarşı etdikləri sui-qəsdlər nəticəsində 31-i diplomat və onların ailə üzvləri olmaqla, ümumilikdə 58 Türkiyə vətəndaşını qətlə yetiriblər.
1975-ci ildə Türkiyənin Vyanadakı səfiri Daniş Tunalıgil, Los-Ancelesdəki səfiri Mehmet Baydar və konsul Bahadır Demir, Parisdəki səfiri İsmail Erez, 1977-ci ildə Vatikandakı səfiri Taha Carım, 1980- ci ildə Sidneydəki baş konsulu Şarık Aynak, 1982-ci ildə Los-Ancelesdəki baş konsulu Kemal Arıkan, Bostondakı baş konsulu Orxan Gündüz və 1983-cü ildə Belqraddakı səfiri Qalip Balkar erməni terror təşkilatlarının qurbanı olublar.

Bundan əlavə, erməni terrorçuları tərəfindən həyata keçirilən sui-qəsdlər zamanı 1991-ci və 1994-cü illərdə Türkiyənin Yunanıstandakı səfirliyinin əməkdaşları Çetin Görgü və Ömer Haluk Sipahioğlu, 1993-cü ildə Türkiyənin İraqdakı səfirliyinin attaşesi Çağlar Yücel, 2004-cü ildə Türkiyənin Mosuldakı baş konsulluğunun attaşeləri Nihat Akbaş, Bilal Urgen, Adem Çiçek, Bülent Kıranşal və Süleyman Karahasanoğlu, 2013-cü ildə Türkiyənin Somalidəki səfirliyinin əməkdaşı Sinan Yılmaz və bu il Türkiyənin Ərbildəki baş konsulluğunun əməkdaşı Osman Köse qətlə yetiriliblər.

Mövzuya görə xəbərlər