Son dəqiqə

Azərbaycan Türkiyə Trend BİA Demirörən Holdinq İlqar Hüseynov Celal Korkut DHA Dhapress

Türkiyə-Azərbaycan ortaq media əməkdaşlığını daha da irəliyə aparmaq istəyirik - Celal Korkut

İstanbul. TurkicWorld

Prezident Rəcəb Tayyib Ədoğan və Prezident İlham Əliyev tərəfindən imzalanan Şuşa bəyannaməsindən sonra Türkiyə-Azərbaycan arasında əlaqələr bir çox sahədə inkişaf etməkdədir. Şuşa bəyannaməsində əksini tapan maddələrdən biri də ortaq media platformasının yaradılması idi.

TurkicWorld xəbər verir ki, bu barədə Demirören İnformasiya Agentliyinin (DHA) baş direktoru Celal Korkut “Demirören Holding”in İstanbulda yerləşən baş ofisində Trend BİA və Türkiyənin nüfuzlu Demirören (DHA) informasiya agentliyinin birgə layihəsi olan "www.dhapress.com" portalının təqdimatı mərasimində çıxışı zamanı deyib.

"Biz Demirören İnformasiya Agentliyi olaraq ortaq platformanın yaradılmasına töhfə vermək üçün çalışmalara başladıq və bu istiqamətdə yolumuz Trend BİA ilə kəsişdi. Trend BİA-nın baş direktoru, hörmətli İlqar Hüseynovun sayəsində əlaqələrimiz inkişaf etdi və bu gün uğurlu nəticələr əldə edirik", - deyə o əlavə edib.

Onun sözlərinə görə, birgə əməkdaşlığımızın nəticəsi olaraq "www.dhapress.com" saytı yaradıldı.

"Layihənin ilk təqdimatı da Şuşada baş tutdu. "www.dhapress.com" Türkiyə-Azərbaycan ortaq media layihələri sırasında ilk addımlardan biridir və bundan sonra da əməkdaşlığımızı daha da irəliyə aparmaq istəyirik", - deyə o əlavə edib.

Xatırladaq ki, “Demirören Holding”in İstanbulda yerləşən baş ofisində Trend BİA və Türkiyənin nüfuzlu Demirören (DHA) informasiya agentliyinin birgə layihəsi olan "www.dhapress.com " portalının təqdimat mərasimi baş tutub. "www.dhapress.com" layihəsi Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan-Türkiyə birgə media platformasının yaradılmasına dair irəli sürdüyü təşəbbüs çərçivəsində həyata keçirilib. Portalın unikal xüsusiyyəti Azərbaycan dilində xəbər lentinə malik olmasıdır. İlk dəfə Türkiyənin media bazarında Azərbaycan xəbərləri Azərbaycan dilində təqdim olunacaq. Təqdimat mərasimində Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, Trend BİA-nın direktoru İlqar Hüseynov, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Audiovizual Şuranın sədri İsmət Səttarov, Milli Məclisin deputatı Sevil Mikayılova, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Türkiyə və Azərbaycanın rəsmi şəxsləri və ictimai xadimləri, iki ölkənin işgüzar dairələrinin nümayəndələri, eləcə də, Türkiyədə akkreditasiya olunmuş yerli və xarici KİV nümayəndələri iştirak ediblər.

Mövzuya görə xəbərlər