Bakı. TurkicWorld:
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld Füzulidə aparılan bərpa-quruculuq işləri barədə paylaşım edib.
TurkicWorld xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld sosial media hesabında qeyd edib.
"Bu, mənim Füzuliyə üçünçü səfərimdir. Axırıncı dəfə burada 7 ay əvvəl olmuşam və bu müddətdə çoxlu yenidənqurma işlərinin aparıldığını görürəm. Mən daha çox irəliləyiş görməyi və sakinlərin yeni həyatları ilə necə inteqrasiya olduqlarını görməyi səbirsizliklə gözləyirəm", - deyə səfir əlavə edib.
Xatırladaq ki, bu gün Azərbaycanda akreditə olunan diplomatik korpus nümayəndələrinin “Füzuli şəhər günü” münasibətilə Füzuli şəhərinə səfəri təşkil olunub. Səfərdə 70-ə yaxın diplomat, habelə 30-a yaxın səfir iştirak edib. Diplomatik korpus nümayəndələri şəhər günü ilə əlaqədar təşkil olunan tədbirlərdə iştirak ediblər.