Minalarla mübarizə üçün “üçtərəfli təşəbbüs” yaradılır

Minalarla mübarizə üçün “üçtərəfli təşəbbüs” yaradılır

Bakı. TurkicWorld:

Minalarla mübarizə üçün “üçtərəfli təşəbbüs” yaradılır.

TurkicWorld-un məlumatına görə, Türkiyə, Rumıniya və Bolqarıstan Qara dənizdə dəniz minalarına qarşı birlikdə mübarizə aparacaq.

Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər, ​​NATO Müdafiə Nazirləri Toplantısı çərçivəsində iştirak etdiyi NATO Qərargahında Bolqarıstanın Müdafiə naziri Todor Taqarev və Rumıniya Müdafiə nazirinin müavini Simona Cojocaru ilə görüşüb.

İclasda Qara dənizdə dəniz minalarına qarşı birgə mübarizə aparmaq üçün “üçlü təşəbbüs” yaradılması qərara alınıb.

Qeyd edək ki, Türkiyə Milli Müdafiə naziri Yaşar Gülər bu gün ​​NATO Müdafiə Nazirləri Toplantısında iştirak etmək üçün Belçikanın paytaxtı Brüsselə səfər edib.