Azərbaycanın NATO-dakı nümayəndəsi Mövlud Çavuşoğlu ilə görüşdü

Azərbaycanın NATO-dakı nümayəndəsi Mövlud Çavuşoğlu ilə görüşdü

Bakı. TurkicWorld:

Azərbaycanın NATO-dakı nümayəndəsi Cəfər Hüseynzadə Kopenhagendə Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komitəsinin üzvü, ölkənin keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

TurkicWorld xəbər verir ki, bunu C.Hüseynzadə "X" (tvitter) sosial şəbəkə hesabında yazıb.

Görüş NATO Parlament Assambleyasının Kopenhagendə keçirilən 69-cu plenar iclası çərçivəsində baş tutub.

C.Hüseynzadə və M.Çavuşoğlu qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.