Zəngəzur dəhlizinin açılması Cənubi Qafqazda ümumi sabitlik üçün mühüm faktor olacaq - Rusiya XİN

Zəngəzur dəhlizinin açılması Cənubi Qafqazda ümumi sabitlik üçün mühüm faktor olacaq - Rusiya XİN

Bakı. TurkicWorld:

Zəngəzur dəhlizinin açılması Cənubi Qafqazda ümumi sabitlik üçün mühüm faktor olacaq.

TurkicWorld xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RBK-ya müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu razılaşma regionda ümumi sabitləşmə üçün çox mühüm amil olacaq.

"Bu halda Ermənistanın nəqliyyat və logistika mərkəzinə çevrilmək, Azərbaycan, Türkiyə və Rusiya ilə nəqliyyat əlaqələrini gücləndirmək və genişləndirmək imkanı olacaq. Azərbaycan ölkənin iki bölgəsi arasında fasiləsiz ritmik nəqliyyat əlaqəsinə malik olmaq imkanı əldə edəcək", - deyə nazir müavini bildirib.

Qaluzinin qeyd etdiyi kimi, Cənubi Qafqazda vəziyyətin ümumi sabitləşməsi Ermənistan və Azərbaycan arasında gələcək üçün etimad əsaslarının möhkəmlənməsinə xidmət edəcək.

"Buna görə də biz üçtərəfli işçi qrupu çərçivəsində bu məsləhətləşmələri davam etdirməkdə qərarlıyıq", - deyə o, yekunlaşdırıb.