Bakı. TurkicWorld:
Azərbaycanın Qarabağ regionunda müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələri Əsgəranda keçmiş təmas xətti boyunca daha bir müvəqqəti müşahidə məntəqələsini bağlayıb.
TurkicWorld xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, dünən də Rusiya MN adıçəkilən ərazilərdə müşahidə postlarını bağladığını açıqlamışdı.
Xatırladaq ki, Rusiya sülhməramlı kontingenti 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyannaməyə uyğun olaraq Azərbaycan ərazilərinin bəzi hissələrinə yerləşdirilib.